Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

  1. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin məktublar şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
  4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
  5. Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
  6. Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:
    • Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.
    • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.
    • Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Naxçıvan şəhəri, AZ 7000, _______, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi.
 
 

662302
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
131
382
2270
16296
662302

Tarix: 28 -03-2024