Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi muxtar respublika ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

İdarə öz vəzifələrini yerinə yetirərkən, Nazirliyin tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

İdarənin fəaliyyət istiqamətləri

 

  • Öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir;
  • Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir;
  • İdarənin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
  • İdarə qanunvericiliklə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir.

 

673508
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
63
249
312
9054
673508

Tarix: 16 -04-2024