Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonunun Cəhri qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, açıq ərazidə baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən həyətyanı sahələrə keçmə riski yüksəkdir.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində açıq ərazi 600m² sahədə və 2 ədəd ağac yanıb. Ətraf ərazilər, o cümlədən həyətyanı sahələr yanğından mühafizə olunub.

 

678747
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
89
251
89
14293
678747

Tarix: 29 -04-2024