Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

19 iyul 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi: hüquqlar və vəzifələr” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.

 Tədbirdə Ombudsman aparatının əməkdaşları və Mülki müdafiə alayının şəxsi heyəti iştirak edib.
Tədbirdə çıxış edən Ombudsman aparatının şöbə müdiri Asiman Abbasov və Alayın komandiri Şərif Əsədov çıxış edərək tədbirin keçirilməsinin məqsəd və əhəmiyyəti barədə danışıblar.
Daha sonra tədbirdə “Fövqəladə vəziyyət zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi”, “İnsan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmi-Ombudsman”, “Fövqəladə vəziyyətin tətbiqi zamanı həyata keçirilən tədbirlər və müvəqqəti məhdudiyyətlər” mövzularında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda mövzulara uyğun videoçarx nümayiş etdirilib.

 

678693
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
251
35
14239
678693

Tarix: 29 -04-2024