Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən "Dekor Qrup" MMC-də "Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması" mövzusunda təlim keçirilib.

FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd "Dekor Qrup" MMC-nin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi və fabrikdə yaradılan mülki müdafiə qüvələri ilə Fövqəladə Hallar Nazirliyinin qarşılıqlı əlaqədə fəaliyyətinin təşkil etməkdn ibarət olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları obyektin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər.

Təlimin praktiki hissəsində şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonar müəssisənin yanğınsöndürmə manqası şərti yanğının qarşısının alınmasına cəlb olunub. Yanğın zamanı işçilərin tüstüdən və kimyəvi zəhərli qazlardan mühafizəsinin təşkili üzrə tədbirlərin həyata keçirilib. Daha sonra Naxçıvan Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş obyektdə təxliyə planına uyğun olaraq əməkdaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti zərərçəkmişlərə “ilkin yardım göstərilib”, şərti yanğın qısa müddətdə “söndürülüb”. Yanğın ocağında Xüsusi Riskli Xilasetmə Xidməti və xilasetmə manqası xüsusi təyinatlı it vasitəsilə axtarış xisaetmə əməliyyatı apararaq zərərçəkənləri tibb heyətinə təhvil veriblər.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

678703
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
45
251
45
14249
678703

Tarix: 29 -04-2024