Naxçıvan Muxtar Respublikası

Fövqəladə Hallar Nazirliyi

26 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçlılığı ilə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə müəllim və texniki işçi heyətin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi kollektivə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qaz və elektrik təsərrüfatı, dəm qazının yaranmasının qarşısının alınması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.
Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova bu cür maarifləndirici söbətlərin vacibliyini vurğulamış və tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir. Həmçinin, məruzəçi təhsil müəssisələrində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə dərslərinin keçirilməsinə qoyulan müasir tələblər, işçilərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi, təbii fəlakətlər zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova radiasiya təhlükəsi zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

 

Fövqəlаdə Hаllаr Nаzirliyinin
mətbuаt хidməti

677567
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
135
1090
2318
13113
677567

Tarix: 26 -04-2024